Şarl Mişel Kremlə xəbərdarlıq etdi

26 May 2022 08:03

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.

Bu barədə Prezident Mişel "Twitter"də bildirib.

"Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik", - deyə Mişel vurğulayıb.

Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi "Twitter" səhifəsini işarələyib.

Milli.Az