Razılığa gəlindi ki, konstruktiv ruhda dialoq davam etdirilsin

25 May 2022 23:57

"İsveç, Finlandiya və Türkiyədən olan yüksək səviyyəli rəsmilər arasında bu gün Ankarda müzakirələr keçirildi".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde "Twitter" hesabında qeyd edib.

Finlandiya və İsveçin NATO-ya üzvlük məsələlərinin və Türkiyə tərəfindən təhlükəsizliklə bağlı narahatlıqların təqdim olunduğunu bildirib.

"Razılığa gəlindi ki, konstruktiv ruhda dialoq davam etdirilsin",- deyə Ann Linde qeyd edib.

Milli.Az