Təhsil Nazirliyindən bağçadakı bu görüntülərə reaksiya - FOTO

25 May 2022 23:22

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır:

"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.

Milli.Az