Aerobika gimnastikası üzrə Bakı birinciliyində yeniyetmələr və gənclər yaş qrupu üzrə qaliblər mükafatlandırılıb - FOTO

25 May 2022 16:38

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyinin yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər) yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeniyetmələr yaş qrupunda Məryəm Topçubaşova 17.883 xalla birinci, Fidan İbrahimova 17.233 xalla ikinci, Aylin Quliyeva 17.000 xalla üçüncü yeri tutub.

Gənclər yaş qrupunda isə Dilarə Qurbanova 19.399 xalla birinci, Sənəm Kazımova 18.516 xalla ikinci, Sara Əlixanlı 18.299 xalla üçüncü yeri tutub.

Bütün gimnastlar "Ocaq Sport" klubunu təmsil edir.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir. Yarışda "Ocaq Sport" klubu, "Zirvə" İK, "Grasiya" İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparır. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edir.

Milli.Az