Aerobika gimnastikası üzrə Bakı birinciliyində uşaqlar yaş qrupu üzrə qaliblər mükafatlandırılıb - FOTO

25 May 2022 15:15

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyinin uşaqlar (2011-2013-ci il) yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu yaş qrupunda Ayan Ağayeva birinci, Məryəm Əliyeva ikinci, Qəmər Ağaqulu üçüncü yeri tutub.

Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir. Yarışda "Ocaq Sport" klubu, "Zirvə" İK, "Grasiya" İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparır. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edir.

Milli.Az