Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı yeni mexanizm hazırlanır

25 May 2022 14:49

Ərzaq təhlükəsizliyinin təmini ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər vermişik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu təkliflər qəbul edilib. Nazir müavini vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən müəssisələrə, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir.

Milli.Az