Putin Rusiya FHN-ə yeni rəhbər təyin edib

25 May 2022 14:47

Rusiya prezidenti Vladimir Putin Rosqvardiyanın direktor müavini general-mayor Aleksandr Kurenkovu Fövqəladə Hallar Nazirliyinin rəhbəri təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə general-mayor Aleksandr Vyaçeslavoviç Kurenkovu Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri təyin edib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya FHN-nin keçmiş rəhbəri Yevgeni Ziniçev 2021-ci il sentyabrın 8-də Norilskdə kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən faciəvi şəkildə dünyasını dəyişib.

Milli.Az