"Xəstəlikdən əvvəl Allah mənə şöhrət və pul verdi" - Ağadadaş Ağayev

25 May 2022 19:37

"Xəstəlikdən əvvəl Allah mənə hörmət, şöhrət və pul verdi. Mənə dayaq oldu. Allah məni qat-qat artıq mükafatlandırdı. Bəzi insanlar xərçənglə üz-üzə gələndə şikayət və etiraz edirlər. Amma  mən bu xəstəliyə tutulanda səbr və təmkinlə yanaşdım. İstədim ki, bu xəstəliyi imtahan kimi keçməyə çalışım. Allah da səbr göstərənləri sevir. İnsan gərək xərçəng xəstəliyini dərd kimi yox, böyük imtahan kimi qəbul eləsin.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev deyib. Xəstəliyindən danışan müğənni onun bir mükafat olduğunu söyləyib:

"Mən də bu imtahana hazırlaşdım. Allaha müraciət elədim. Ona söylədim ki, bu həyatı dərk etmək üçün sənə daha yaxın olacağam. Hər məqamda işlərim çox yaxşı getdi. Əməliyyatlarım çox gözəl və rahat keçdi. Gözümü açıb gördüm ki, artıq mən otaqdayam. Əməliyyatım bitib, hər şey öz qaydasındadır".

Milli.Az