Aİ Cənubi Qafqazda sülh prosesinin qurulmasını fəal şəkildə dəstəkləməlidir - Almaniya səfiri

25 May 2022 14:02

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh prosesinin qurulmasını fəal şəkildə dəstəkləməlidir.

Bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

"Azərbaycanla Ermənistan arasında sülhün qurulmasının vacibliyini qiymətləndirməmək olmaz. Biz şadıq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlər keçirir. Biz hər iki tərəfi vacib danışıqlar prosesini davam etdirməyə çağırırıq. Dünən mən Şuşaya getmişdim, bundan əvvəl isə Ağdamda olmuşdum. Bərpa işləri gedir, amma başa düşmək lazımdır ki, bu, çox uzun prosesdir. Gündəmdəki başlıca məsələ məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır", - səfir bildirib.

O qeyd edib ki, Almaniya regionun iqtisadiyyatına töhfə verməkdə maraqlıdır.

"Qarabağ muzey olmamalıdır. Bura insanların yaxşı həyat tapa biləcəkləri iqtisadi və mədəni fəaliyyət regionudur", - V.Maniq vurğulayıb.

Milli.Az