Şuşa istiqamətinə iyun ayına olan biletlərin hamısı satıldı

25 May 2022 13:49

Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə iyun ayına olan biletlərin hamısı satılıb.

Milli.Az bu barədə "Yolumuz Qarabağa" portalında (www.yolumuzqarabaga.az) istinadən xəbər verir.

Qeyd edək ki, Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Milli.Az