Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son iki ildə ilk dəfə Avropa ölkələrinə neft nəql edib.
Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Bloomberg" yayıb.
Bildirilib ki, bir sıra Avropa ölkələri Rusiyanın enerji ehtiyatlarından imtina etməsi fonunda BƏƏ-dən neft alıb.
Məlumata görə, sonuncu dəfə 2020-ci ilin mayında koronavirusun yayılması nəticəsində neft bazarındakı çöküş zamanı Avropa BƏƏ-dən "qara qızıl" ixrac edib.
Milli.Az