"Bayraktar TB2" PUA-ları 24 ölkəyə ixrac edilir

25 May 2022 16:22

"Bayraktar TB2" pilotsuz uçuş aparatlarının ixracı ilə bağlı 24 ölkə ilə saziş imzalanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, hazırda "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatları üzərində iş aparılır:

"Bu, gəmilərdən uçmağı bacarsa, müharibələrdə yeni dövrə keçid ediləcək" - deyə o bildirib.

Milli.Az