Ermənistanın dağıtdığı şəhərlərin bərpası üçün keçən il 48,9 milyon manat ayrılıb

25 May 2022 12:03

Ermənistanın təcavüzü nəticəsində dağıdılan şəhərlərimizin bərpası üçün keçən il Prezidentin Ehtiyat Fondundan 48,9 milyon manat ayrılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün də 12,2 milyon manat vəsait ayrılıb.

Milli.Az