Severodonetsk atəşə tutulub: çoxlu ölü və yaralı var - FOTO

25 May 2022 13:00

Severodonetskdə bir gündə rus işğalçılarının atəşə tutması nəticəsində 6 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk vilayətinin başçısı Sergey Qayday məlumat verib.

"Ruslar izdihamı vurur. Bəli, onlar bilirlər ki, Severodonetsk "Azot"da bomba sığınacaqları var və ora mərmi atırlar. Dünən orada 4 yerli sakini öldürüblər, daha 3 nəfər xəstəxanaya yerləşdirilib. Düşmən də bilir ki, hansı məktəblərdə sığınacaq var - bu səbəbdən oranı vururlar. Orada mayın 24-də təhsil müəssisələrindən birinin yaxınlığında bir qadın yaralanıb. Rusiya bu məlumatları dronlardan istifadə etməklə toplayır, həmçinin topçulardan məlumat alır", - Qayday bildirib.

Onun sözlərinə görə, son günlər yaşayış massivinin davamlı olaraq atəşə tutulduğu bir vaxtda insanın öldüyü yerə çatmaq son dərəcə çətinləşir.

O əlavə edib ki, şəhərin köhnə hissələrində daha iki nəfər həlak olub, dörd nəfər yaralanıb. Ümumilikdə, mayın 24-də 6 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bir qadının ayağı amputasiya edilməli olub.

"Gün ərzində rusların doqquz hücumu dəf edilib, üç tank, səkkiz artilleriya sistemi, on səkkiz zirehli texnika, xüsusi zirehli maşın və bir bölmə digər texnika məhv edilib", - Qayday bildirib.

O, həmçinin bildirib ki, hava hücumundan müdafiə bölmələri bir "ZALA" operativ-taktiki pilotsuz uçuş sistemini və altı "Orlan-10" PUA-nı vurub.

Aslan Məmmədov
Milli.Az