Ermənistanda etirazçılar Prezident Sarayının girişlərini bağlayıblar
25 May 2022 10:45
Ermənistanda bu gün səhər etiraz aksiyaları yenidən başlayıb.
TASS-ın verdiyi xəbərə görə, "Müqavimət" hərəkatının fəalları çərşənbə günü səhər saatlarında Baqramyan prospektində Prezident Sarayının əsas və xidməti girişlərini bağlayıblar.