ACIBADEM Xəstəxanalarında şəfa tapmaq istəyənlərin NƏZƏRİNƏ

25 May 2022 10:00

ACIBADEM Sağlıq Qrupunun Gəncədə Rəsmi Nümayəndəlik Ofisinin açılışı olub. ACIBADEM Xəstəxanalarında şəfa tapmaq istəyənlər ikinci tıbbi görüşün ödənişsiz aparıldığı Gəncə şəhəri, Məmməd Xələfov küçəsi, ev 15, mənzil 26 ünvanına müraciət edə bilərlər.

Gəncə Rəsmi Nümayəndəlik ofisi Azərbaycanda ikinci, dünyada isə 46-cıdır. Burada pasientlərə müayinə və müalicə ilə əlaqədar ikinci tıbbi görüş xidmətləri göstəriləcək. Müraciət edən xəstənin tibbi sənədləri tərcümə edilərək ACIBADEM-in  uzman həkimlərinə çatdırılıb və 3 iş günü ərzində rəy verilir. Ofis həm də müalicə üçün getməyə qərar verən xəstələrə yola salınma, oteldə yerləşdirilmə və s. xidmətlər göstərəcək.

ACIBADEM Sağlıq Qrupunun Gəncə ofisinin rəsmi nümayəndəsi Ramil Ələsgərov bildirib ki, ofisə müraciət edən hər bir şəxsə ilkin müayinə və müalicə ilə bağlı bütün məlumatlar ödənişsiz olunacaq. Eyni zamanda Gəncə ofisi vasitəsi ilə gedən pasientlər Türkiyədə fəaliyyət göstərən ACIBADEM  Health Point  mərkəzləri tərəfindən qarşılanacaq və ödənişsiz olaraq transfer xidmətləri göstəriləcək.

Beynəlxalq Biznesin İnkişafı şöbəsinin mütəxəssisi Vüsalə Nürçelinin sözlərinə görə, bütün pasientlərə istər Hava Limanında qarşılanma olsun, istərsədə  xəstəxana daxilində yaşana biləcək problemlərin həllində kömək olunacaq.

ACIBADEM Sağlıq Qrupunun Beynəlxalq Biznesin İnkişafı şöbəsinin direktoru İlyas Benveniste isə qeyd edib ki,  Xəstəxanalarımız tibbin hər sahəsində xidmət edməkdədir. Xüsusən də onkoloji, orqan nəqli, beyin cərrahiyəsi, ürək-damar cərrahiyyəsi, pediatrik sahələrdə xidmət göstərir. Tibbin bütün texnoloji cihazları, xüsusən də onkoloji xəstəliklərin diaqnozu və müalicəsində son texnologiyaları təqdim edirik.

31 ildir fəaliyyət göstərən ACIBADEM Sağlıq Qrupu-nun hazırda 46 əlaqələndirmə ofisi və 5 ölkədə 22 xəstəxanası , 18 tibb mərkəzi  fəaliyyət göstərir. 1991-ci ildə açılan xəstəxana adını İstanbulda yerləşən Acıbadem məhəlləsindən götürüb. Xəstəxanaların sadəcə 16-sı Türkiyədə fəaliyyət göstərir,  xərçəng və digər xəstəliklərin müalicəsi aparılır. Peşəkar kadrların yetişdirilməsi üçün ACIBADEM Universiteti də fəaliyyət göstərir. Onu da qeyd edək ki, xidmətlərimiz arasında 20 dildə tərcümə də mövcuddur ki, bu da il ərzində xəstəxanaya müraciət edən 50 minə yaxın əcnəbi pasientlərə yüksək səviyyədə xidməti təmin edir.

Qeyd edək ki, Acıbadem Sağlıq Qrupunun Gəncə nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Məmməd Xələfov küç, ev 15,  mənzil 26 ünvanında yerləşir.

Tel.: +994 22 255 07 06, +994 50 754 69 64

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək Acıbadem-in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/