Sənətçi bu sindromdan əziyyət çəkir

25 May 2022 16:15

Amerikalı 20 yaşlı məşhur müğənni Billi Ayliş "Netflix"ə müsahibəsində səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 11 yaşından turet sindromundan (mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğ) əziyyət çəkdiyini və zamanla bu xəstəliklə yaşamağa alışdığını bildirib:

"İnsanlar mənim bu vəziyyətimi görəndə gülməyə başlayırlar. Onlar əyləncəli olmağa çalışdığımı düşünürlər və mən buna görə çox inciyirəm".

Milli.Az