Barışdıqdan sonra ilk dəfə görüntüləndilər - FOTO

25 May 2022 12:00

Türkiyənin məşhur cütlüyü aktyor Aras Bulut İynəmliylə aktrisa Bige Önal barışdıqdan sonra ilk dəfə birlikdə görüntüləniblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor yeni layihəsi "Atatürk" serialında baş rolu canlandıracağına görə qürur duyduğunu bildirib. O, hazırlıqların davam etdiyini, ancaq çəkilişin iyulda başlayacağını deyib.

Aktrisa isə yeni layihə üzərində çalışdığını, ancaq bu barədə hələlik məlumat verə bilməyəcəyini söyləyib. O, sevgilisinin yeni işinə görə sevincli olduğunu və öhdəsindən gələcəyinə inandığını vurğulayıb.

Milli.Az