"Çelsi"nin satışına icazə verildi - VİDEO

25 May 2022 15:30

İngiltərə Premyer Liqası rusiyalı iş adamı Roman Abramoviçin Londonun "Çelsi" klubununun amerikalı iş adamı Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumuna satmasına etiraz etmədiyini bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə premyer liqanın mətbuat xədmətinin yaydığı açıqlamada bildirilir.

"Çelsi"nin satılması prosesi hökumət tərəfindən lazımi lisenziyanın verilməsindən və sövdələşmənin son mərhələlərinin qənaətbəxş şəkildə başa çatmasından asılı olaraq qalır. Klubun satış prosesini yekunlaşdırmağa çalışdığı bildirilir.

Mayın əvvəlində, Boeli ilə yanaşı, investisiya şirkəti olan "Clearlake Capital", Mark Walter və Hansjorg Wyss-in də daxil olduğu bir qrup investor "Çelsi"-ni 4,25 milyard funt-sterlinqə almağa razılaşdı. Bu məbləğin 2,5 milyard funt-sterlinqi birbaşa klubu almaq üçün, 1,75 milyard funt-sterlinq isə klubun inkişafına yatırılmalıdır.

Milli.Az