42 yaşlı qadını avtomobil vurub

25 May 2022 08:17

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Quliyeva Aynurə Fərhad qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az