Yol qəzasında ər və arvad xəsarət alıb

25 May 2022 07:37

Şamaxı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Bəndalıyev Elşad Vahid oğlu və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bəndalıyeva Esmira Yaqub qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az