Ukraynaya 100 milyonluq yardım

25 May 2022 07:22

Kanada Ukraynaya tədarük etdiyi 155 mm-lik M777 haubitsaları üçün 20 mindən çox mərmi göndərmək qərarına gəlib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand Britaniya Kolumbiyası əyalətinə səfəri zamanı bildirib.

Anand əlavə edib ki, yardım partiyası çox yaxın vaxtlarda Ukraynaya gələcək.

Müdafiə naziri qeyd edib ki, bu hərbi yardım paketi 98 milyon Kanada dolları (76,3 milyon ABŞ dolları) həcmində qiymətləndirilir.

Milli.Az