"İnsan həyatının, sülhün dəyəri..." - Zelenskaya Davosda çıxış etdi

25 May 2022 07:17

Ukraynanın Birinci xanımı Yelena Zelenskaya Davos forumunda Ukrayna Evində təşkil edilən onlayn sessiya zamanı çıxış edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Zelenskaya Mariupol, İrpen, Xarkov, Severodentskdə baş verənləri əyani şəkildə iştirakçılara göstərib. Görüntülərdə müharibədən əziyyət çəkən insanlar da yer alıb. Rusiyanın Ukraynaya hücumundan danışan Zelenskaya "İnsan həyatının, sülhün dəyəri hər şeydən üstündür" deyib.

O, qələbə üçün bütün dünya ölkələrini birliyə səsləyib.

Milli.Az