Avtomobil dirəyə çırpılıb, 27 yaşlı sürücü ölüb

25 May 2022 07:07

Sabirabadda baş verən qəzada 27 yaşlı sürücü ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Zəngənə kəndində qeydə alınıb.

Kəndin sakini, 1995-ci il təvəllüdlü Abasov Emin Nurəddin oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili eletrik dirəyinə çırpıb. Nəticədə sürcü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az