Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

24 May 2022 20:44

Prezident İlham Əliyev S.Q.Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az