Cadenza orkestrinin “Yaddaş” adlı konserti keçirilib - VİDEO - FOTO

24 May 2022 16:55

Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin (Cadenza Contemporary Orchestra)  "Yaddaş" adlı növbəti konserti keçirilib. Bu dəfəki konsert  28 May Müstəqillik Gününə həsr olunub. Konsertdə Asəf Zeynallının "Muğamsayağı", Ərtoğrol Cavidin "Çal, oyna!", "Zəngəzur dağlarında", "Batabat yaylaqlarında", Xəyyam Mirzəzadənin "Simli Kvartet üçün Miniatürlər", Cavanşir Quliyevin "Yeddi pyes" və Səid Qəninin "İstəməz" əsəri ifa olunub. Qeyd edək ki, Ərtoğrol Cavidin "Çal, oyna!", "Zəngəzur dağlarında", "Batabat yaylaqlarında" fortepiano əsərləri bəstəkar Türkər Qasımzadənin işlənməsində ilk dəfə orkestr ifasında səslənib.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.Az, Azernews.az