Festivalın üçüncü günü Tanini Trio və Güvenç Dağüstünün konserti ilə başa çatıb - VIDEO - FOTO

24 May 2022 16:54

2006-cı ildə qurulan Tanini Trio üç türk musiqiçisindən ibarət eklektik lirik instrumental triodur və onların hamısı beynəlxalq karyeralarını uğurla davam etdirir.

Türk sənətçilərinin musiqisi xalq musiqisi, populyar mahnılar və müasir alternativ musiqi janrlarının maraqlı qarışığıdır.

Piano, qanun və ney salonun ləzzətlə qərq olduğu rahat bir atmosfer yaratdı.

Tamaşaçıların xüsusi zövqünə Bilgin Canazın ney (türk xalq taxta aləti) ifası səbəb olub. Virtuoz məharət və bədii ifa tərzi tamaşaçıların heç birini biganə qoymayıb.

Türk musiqiçiləri tamaşaçıların müşayiəti ilə bir neçə Azərbaycan melodiyalarını ifa ediblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az