ABŞ-dan Ukraynaya ağır silahlar göndərilir

24 May 2022 20:30

Amerika Birləşmiş Ştatlarından Ukraynaya daha çox ağır silahlar göndərilir.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığından sonra Twitter mikrobloqunda məlumat verib.

"Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkür etmək üçün ABŞ dövlət katibi Entoni Blinkenlə danışdım. Rusiya Donbasda dağıdıcı hücumlarını davam etdirdiyi üçün daha çox silah, o cümlədən ağır silahlar Ukraynaya gedir", - Kuleba deyib.

Onun sözlərinə görə, Ukrayna ixracının qarşısının alınması və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi yolları da müzakirə olunub.

Aslan Məmmədov
Milli.Az