Nərgiz gülündə xərçəngi məhv edən maddə var

28 May 2022 23:05

Alimlər nərgiz güllərində xərçəng əleyhinə təsir edən qamentamin adlı birləşmə aşkarlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Brüssel Universitetinin alimləri bu birləşmənin şiş hüceyrələrinin həyati vacib olan ribosomlarına birləşdiyini müşahidə edib.

Şiş hüceyrələri yaşamaq və çoxalmaq üçün xüsusi zülalın sintezinə möhtacdır. Nərgiz gülündə olan qaemantamin bu zülalın sintezini tormozlayır və şişin artmasının qarşısını alır.

Bu proses xərçəngin müalicəsinə təkandır və orqanizmdə antixərçəng prosesləri işə salır.

Alimlər etiraf edir ki, qədim təbabətdə nərgiz güllərindən çox bəhrələniblər, amma müasir təbabətdə onlar diqqətdən kənarda qalıb. Onların bu xüsusiyyətindən xərçəng müalicəsində istifadə etmək olar

Milli.Az