Xaçmazın "Xudat" komandası 15 yaşlı Qızlar Liqasında 5-ci pillədə qərarlaşıb
24 Mart 2012 18:03
Milli.Az Regional TV kanalına istinadən xəbər verir ki, Xaçmazın qızlardan ibarət Xudat komandası ötən ilin oktyabrında yaradılıb. Komandanın 15 üzvü 12-15 yaş arasında olan qızlardır. Komanda 15 yaşlı qızlardan ibarət ölkə liqasında mübarizə aparır. Hazırda 5-ci yerdə qərərlaşan Xudatın 3 məşqçisi var. Onlardan biri Samir Cəlilov bildirir ki, qızları bir komanda şəklində toplamaq çətin olmayıb. Yetirmələrinin hamısı öz istəkləri ilə bu idman növünə gəliblər.
Komandanı narahat edən əsas problem isə məşq bazasının olmamasıdır. S. Cəlilovun sözlərinə görə, uğur əldə etmək üçün yaxşı məşq etməyin böyük əhəmiyyəti var. Amma açıq havada, ot örtüyü sıradan çıxan meydanda aparılan məşqlər faydasızdır. Məşqçi onu da bildirir ki, şərait olarsa, 17 yaşlı qızlardan ibarət ikinci bir klub yaratmağı düşünürlər. Bunun üçün futbola həvəsi olan qızlar da var.
Milli.Az