Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev Türkiyəyə aparılır

24 May 2022 17:07

Həyatı təhlükədə olan, qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev Türkiyəyə aparılır.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya aktyorun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib. Onun sözlərinə görə, mayın 26-da Türkiyənin Ankara şəhərində yola düşəcəklər:

"Müayinə olunsun, görək Ankara həkimlərinin rəyi nə olacaq".

Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir.

Milli.Az