"Oğlum ad günümdə dünyaya gəlib"

24 May 2022 20:15

Aparıcı Şəhriyar Əbilov rəqqasə Oksana Rəsulovadan olan övladı Osmandan danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Şəhriyar "10-da görüşək" proqramında Osmanın onun ad günündə dünyaya gəldiyini deyib:

"Hər gün axşam onu baxçadan götürəndə bütün stressi atıram. Evli olmayanda, uşağım doğulmayanda böyüklər danışırdı, maraqla qulaq asırdım. Bir övladın var, hər dəfə səninlə söhbət edir, nəsə öyrətməyini istəyir. Nəyisə təkrak-təktrar soruşur, səbrlı cavab verirsən. İnsanın stressi gedir. Başa düşürsən ki, həyatda özün üçün yaşamırsan. Əkdiyin ağacın bəhrəsini suvarmağının vaxtı gələcək. Oğlum 3 yaş 7 aylıqdıq. Avqusutun 30-da mənim ad günümdə dünyaya gəlib".

Milli.Az