Tanınmış rəqqasə küçədə paltarlarını satır - FOTO

25 May 2022 03:44

Türkiyəli məşhur rəqqasə Didem Kınalı geyimlərini küçədə satışa qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rəqqasə ən az 1000 lirəyə (105 manat) olan libaslarını 50-100 lirəyə (5-10 manat) satmağı planlaşdırır. O, səkidə geyimlərini nümayiş etdirən zaman paparatsilərə tuş gəlib.

Didem satışdan əldə etdiyi gəliri küçə itləri üçün kərcləyəcəyini deyib.

Qeyd edək ki, bir müddətdir rəqqasənin maddi çətinlik çəkdiyi bildirilir.

Milli.Az