Stomatoloqlar üçün "İngiliscə-Azərbaycanca-Rusca izahlı lüğət"in təqdimat mərasimi keçiriləcək

24 May 2022 13:53

Bakı Kitab Mərkəzində Azərbaycan Tibb Universitetinin professoru Çingiz Rəhimovun tərtib etdiyi Stomatoloqlar üçün "İngiliscə-Azərbaycanca-Rusca izahlı lüğət"in təqdimat mərasimi keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqdimatın təşkilatçıları Azərbaycan Tibb Universiteti rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası və Azərbaycan Ağız və Üz-Çənə cərrahları cəmiyyətidir.

Tədbir 26 may saat 16.30-da Bakı Kitab Mərkəzində baş tutacaq.

Milli.Az