Türk Dövlətləri Təşkilatının turizm üzrə yol xəritəsi qəbul edilib

24 May 2022 13:40

Bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-nin baş katibi Bağdad Amreyev iştirak edib.

Görüşdə "Türk Dünyası Turizm Paytaxtı" təşəbbüsü ilə bağlı qaydalar təsdiq edilib və "Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi" sənədi qəbul olunub.

Milli.Az