Gürcüstan Azərbaycanla quru sərhədlərinin açılmasını nəzərdən keçirir

24 May 2022 13:25

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan KİV-i yazıb.

"Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyət ləğv edilib. Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır", - Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə olunub.

Milli.Az