"Azovstal"da 4 rusiyalı istehkamçı minaya düşüb

24 May 2022 12:15

Dörd rus istehkamçısı Mariupolda "Azovstal" zavodunu minalardan təmizləyərkən, yanlarında mina partlayıb.

Milli.Az bildirir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko Telegram-da məlumat verib.

"Mariupol. "Azovstal"ı minalardan təmizləyərkən 4 rus istehkamçısı minaya düşüb. Birinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta, biri isə yüngül xəsarət alıb", - deyə o yazıb.

Aslan Məmmədov
Milli.Az