İTV futbol üzrə dünya çempionatını yayımlayacaq

24 May 2022 12:07

İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlanacaq.

Bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. "Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək".

Balakişi Qasımov "Maska" şounun da İTV-də yayımlanacağını vurğulayıb: "Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. "Maska" şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, "Maska" şou yanvar ayından efirdə olsun".

Milli.Az