Azərbaycanda məktəb direktoru vəfat etdi - FOTO

24 May 2022 10:52

Göyçayda məktəb direktoru vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Göyçay rayonu, N.İsmayılov adına Bığır kənd 3 nömrəli tam orta məktəbin direktoru Şəfaqət İsmayılova dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ş.İsmayılova 1985-ci ildən qeyd edilən məktəbin direktoru idi.

Milli.Az