“Həyat yoldaşım səhnədə hamının yanında mənə verilən gülü başıma çırpıb dedi ki..."

25 May 2022 00:22

"O vaxt tək anam aktrisa idi, nə Elxan aktyor idi, nə də ki, bacım aktrisa. Guya həyat yoldaşım Elxan Əhədzadə xalq artisti idi ki? Mənim kimi tələbə idi də. Biz qonşu idik, universitetdə də bir partada otururduq. Mənim 3, yoldaşımın 7 yaşı var idi, məhəllədə bir oynayırdıq. Universitetə daxil olandan sonra aramızda salam-məleyk oldu. Köhnə məhəllələrdə yaşayırdıq, heç kimə icazə verməzdilər ki, qız oğlana salam versin. Mən universitetə daxil olanda onu tanımışam, gəlib deyib ki, sən mənim qonşumsan. 1ildən sonra mənə evlilik təklifi etdi. Mən onların ailəsinə gedəndə 11-ci adam idim ki, qapıdan içəri girirdim. Mənə qədər 10 nəfər adam orada yaşayırdı. Bizim şəraitimiz olmadığına görə bir övladla kifayətləndik. Şərait olandan sonra oğlumun 17 yaşı var idi".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı, aktrisa Leyla Rzayevanın qızı, aktrisa Mənsumə Rzayevanın bacısı Qəmər Rzayeva deyib. O daha sonra əlavə edib.

"Elxan icazə vermədiyinə görə heç vaxt teatrda çalışmamışam. Diplom tamaşamız olanda gətirib səhnədə mənə gül verdilər, yoldaşım həmin gülü götürüb səhnədə mənim başıma vurdu. Dedi ki, bu gülü sənə kim gətirib? Çox qısqanc olub, ciddi adam idi. Anam da olduqca ciddi qadın idi. Heç vaxt makiyaj etməzdi, təkcə qaşlarını alırdı. Amma biz iki bacı makiyajla böyümüşük, niyə yalan deyim ki? Bizim gözəlliyimiz anamıızn gözəlliyinə çata bilməz. "Böyük dayaq" filminə çəkiləndə anamın 30 yaşı olub, amma qrimlə onu 55 yaşlı qadın ediblər. Çünki foto probdan o keçmişdi. Bir neçə filmdə çəkilib, amma böyük obrazı həmin filmdəki Səkinə ana obrazıdır. Həmin obraza da onu xalq artisti Ələsgər Ələkbərov dəvət edir. Anam 40 yaşında, bacım isə 52 yaşında dünyalarını dəyişiblər" deyə sənətkarın qızı bildirib.

Qəmər Rzayeva daha sonra bir problemini də bizimlə bölüşüb.

"Mənim yoldaşım öz oğlu ilə evini təmir edirdi ki, studiya yaratsın. Özü vokalist idi. Teatrda deyib ki, oraları yığışdırmaq lazımdır, bir vokalçı qız deyib ki, mən yığışdıraram. Bu da başlayıb yuyub-yığışdırmağa, yeməklərini hazırlamağa. Görüb ki, arvad yoxdur, mən də axı gedib-gəlmirdim, maraqlanmırdım. Yoldaşımla görüşüb, bir övlad dünyaya gətirib. Elxan buna razı deyildi, ona deyib ki, mənim özümdən böyük oğlum var. Elxan həmin qıza gətirib 70 min dollar verib. Elxan deyirdi ki, mən heç bilmirəm ki, o pulu necə onlara vermişəm? Elxan daha sonra onları məhkəməyə verdi. Anası və rəfiqəsi də orada olub. Məhkəmə qərar çıxardı, elə oldu ki, Elxan 11 gün sonra dünyasını dəyişdi. İndiyə qədər Elxana 70 min dollar pul borcludurlar. Elxan ölüb, vərəsəsi mən və ikinci münasibətindən olan övladıdır. Biz məhkəməyə gedib-gəlirik, amma hələ də işimizə baxılmır. Mən o pulu "Yaşat" fonduna bağışlayıram, yetər ki, onlar həmin pulu versinlər. Dəfələrlə qərar çıxsa da, pulu hələ də mənə qaytarmırlar. İşimizə Nəsimi rayon məhkəməsində baxılır. Səbinə gərək məndən əvvəl getsin o rəfiqəsini dilə tutsun, pulu onlardan alsın. Çünki o uşaq böyüdür" deyə sənətkarın xanımı bildirib.

Milli.Az