Müxalifət Ermənistan XİN binasının girişini bloklayıb

24 May 2022 10:07

Baş nazir Nikol Paşinyanın istefasını tələn edən "Müqavimət" hərəkatının üzvləri İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bir neçə min etirazçı polis koridorunu yararaq XİN binasının giriş və çıxışlarını bloklayıb.

Müxalifətin liderlərindən biri, vitse-spiker XİN-nin artıq Ermənistan dövlətinin maraqlarına xidmət etmədiyini söyləyib.

Milli.Az