Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənana Mahmudov (MM) ilə bağlı açıqlama verib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "MTV Maqazin"ə danışıb.
O, Kənanın onun sosial şəbəkələrdən istifadə etməsinə qarışdığını söyləyib.
"Bir dəfə istədim ki, TikTok-da qızlarla canlı açım. Amma tək canlı açmağıma belə icazə vermədi. Birlikdə bloger kimi fəaliyyət göstərməyimiz isə mümkün deyil. Biz heç bir yerdə efirə çıxmırıq. O zaman evlilik hazırlıqları görürdük, soruşurdular ki, toy nə vaxtdır, ona görə çəkilişə gedirdik. Yeni-yeni birgə efirə çıxırdıq. Sonra yox", - deyə Aygün qeyd edib.
Milli.Az