Xoşqədəm Doğuşa 600 minlik saat alıb - VİDEO

24 May 2022 18:45

Türkiyəli müğənni Doğuş TV8-də yayımlanan "İkinci sayfa" proqramında qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Xoşqədəm Hidayətqızından olan övladları Arda və Arın barədə danışıb:

"Uşaqlarım 4 dil bilir: ingiliscə, azərbaycanca, rusca, türkçə və hazırda fransızca istəyirlər. O qədər cahil qalmışam ki, onlara baxa-baxa qalmışam. Uşaqlarımın həmişə gözlərinə baxıram. Allah onlara olan sevgimi məndən almasın. Onlar üçün yaşayıram.

Anamdan razıyam, çox talesiz bir həyat yaşadıq. Allah ona uzun ömür versin. Amma kaş mənim anam Xoşqədəm olardı, o zaman dünya ulduzu olardım. Çünki uşaqlarımın bir nizamı var, təməlləri yaxşıdır".

O, aparıcıların verdiyi sualdan sonra Hidayətqızının ona doğum günündə aldığı saatdan da söz açıb:

"Saatım orijinaldır, qiymət barədə danışmaq istəmirəm. Mənə daha çox həyat yoldaşım hədiyyə alır. Bahalı əşyalar almağı sevmirəm. Özəl günlərdə bir-birimizə hədiyyələr alırıq. Saatı doğum günümdə alıb".

Verilişin aparıcılar Müge və Gülşen isə saatın qiymətinin 600 min lirə (təxminən, 64 min 467 manat)  olduğunu bildirib.

Milli.Az