Türkiyə öz vətəndaşını kosmosa göndərəcək

24 May 2022 20:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə öz vətəndaşını kosmosa göndərmək üçün hazırlıqlara başlayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib. Türkiyə lideri bildirib ki, 45 yaşan kiçik ölkə vətəndaşları xüsusi yaradılan internet saytı vasitəsilə kosmik uçuşda iştirak etmək üçün müraciət edə bilərlər.

"Biz Armstronqu hələ də xatırlayırıq. Ümid edirəm ki, hamıya örnək olacaq vətəndaşımızı hər zaman xatırlayacağıq", - deyə Ərdoğan bəyan edib.

Milli.Az