Kosmik aparat Ay tutulmasını yüz milyon kilometrdən çəkdi - VİDEO

24 May 2022 20:45

"Lusi" kosmik aparatı Ay tutulmasının videosunu çəkib.

Video Cənub-Qərb Araşdırma İnstitutunun "YouTube" kanalında yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tam Ay tutulması zamanı Yer Günəşlə Ayın arasına girərək təbii peykin qarşısını alıb.

Qeyd edək ki, "Luci" Ay tutulmasının kosmosdan necə göründüyünü qeydə alıb. Bu zaman aparat Yerdən 100 milyon kilometr uzaqlıqda olub.

Milli.Az