“Bodrumspor”un əleyhdarları komandanın qaldığı hotelə basqın ediblər - VİDEO

24 May 2022 13:52

TFF 2-ci Liqasında "Bayburt Özel İdare Spor"la "Bodrumspor" arasında keçiriləcək pley-off cavab matçı öncəsi qorxulu anlar yaşanıb. "Bodrumspor"un qaldığı hotelin qarşısına gələn "Bayburt Özel İdare Spor" azarkeşləri hotelə girməyə cəhd ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, TFF 2-ci Liqa pley-off yarımfinal mərhələsinin ilk matçında "Bodrumspor", "Bayburt Özel İdare Spor"u 3:1 hesabı ilə məğlub edib. Qısamüddətli gərginlik yaşanan matçın davamında "Bodrumspor" cavab oyunu üçün Bayburta yollanıb.

Axşam saatlarında çoxlu sayda bayburtlu azarkeş "Bodrumspor" komandasının qaldığı hotelə gəlib. "Bodrumspor"a və yaşıl-ağ forma geyinmiş futbolçulara qarşı təhqiramiz şüarlar səsləndirən azarkeşlər siqnal verərək və hotelin qarşısına partladıcı maddə atıblar. Futbolçuların yatmağa getdiyi saatda hotelin ətrafına toplaşan azarkeşlərə polis müdaxilə edib.

Milli.Az