ABŞ-da meymunçiçəyinə daha 5 yoluxma təsdiqlənib

24 May 2022 08:53

ABŞ-da meymunçiçəyi xəstəliyinə daha 5 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin Patogenlər və Patologiyalar Departamentinin direktor müavini Cennifer Makkuiston deyib.

"Massaçusetsdə təsdiqlənmiş bir meymunçiçəyinə yoluxma halına əlavə olaraq, daha dörd yoluxma halı qeydə alınıb", - deyə C.Makkuiston bildirib.

Onun sözlərinə görə, yeni yoluxma halları Nyu-York, Florida və Yuta ştatlarında qeydə alınıb.

Milli.Az