Türkiyə astronavt proqramına başlayır

24 May 2022 07:45

Türkiyə öz vətəndaşlarını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərmək üçün hazırlıqlara başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.

"Türkiyə milli kosmik proqram çərçivəsində öz vətəndaşlarının BKS-ə göndərilməsi prosesinə rəsmən başlayır", - deyə R.T.Ərdoğan bildirib.

Milli.Az