Ərdoğan Brüssel görüşündə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib

23 May 2022 23:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Milli.Az