2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

23 May 2022 22:56

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Səfikürd kəndində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü L.Əliyev, 2006-cı il təvəllüdlü N.Məhhərəmov, 2002-ci il təvəllüdlü R.Kərimov və 1986-cı il təvəllüdlü K.Əsədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az